YAP könüllüləri Səbail rayonunda ehtiyacı olan ailələrə xüsusi karantin rejimində zəruri ərzaq yardımlarının çatdırılmasına davam edir
14.04.2020Dünya üzrə sərhəd tanımayan və qlobal təhlükəyə çevrilmiş koronavirus pandemiyasına (COVİD-19) qarşı ölkəmizdə dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün rayon və şəhər təşkilatları rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan vətəndaşlara müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
Aprelin 13-də YAP Səbail rayon təşkilatının könüllü gəncləri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Səbail rayonu ərazisində bir qrup aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və tənha xəstələrə Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmış növbəti zəruri ərzaq yardımlarını çatdırdılar.
#EvdəQal #EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük