Yeni Azərbaycan Partiyası tərəfindən qayğıya və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımı göstərilir
15.04.2020Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən aztəminatlı ailələrə və yaşlı, ahıl şəxslərə yardım aksiyası davam edir.
YAP könüllüləri Səbail rayonunda yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların ünvanlarına ehtiyac duyulan ərzaq məhsullarını çatdırır, onlara sağlamlığın müdafiəsi məqsədilə xəstəlikdən qorunma üsullarını izah edirlər.
Xüsusi karantin rejimi ilə əlaqədar 13-14 aprel tarixlərində Səbail rayonu ərazisində 22 aztəminatlı ailəyə zəruri ərzaq yardımları çatdırılmışdır.
Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə respublika ərazisində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən YAP Səbail rayon təşkilatının könüllü gəncləri tərəfindən rayon ərazisində ümumilikdə 90 aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələrinə, tənha xəstələrə və yaşı 65-i keçmiş yaşlı, ahıl rayon sakinlərinə ərzaq, dərman, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar çatdırılmış, həmçinin müxtəlif sosial xidmətlər göstərilmişdir.
#EvdəQal #EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük