YAP Səbail rayon təşkilatının könüllü gəncləri xüsusi karantin rejimində aztəminatlı ailələrə zəruri ərzaq yardımlarının çatdırılmasına davam edir
24.04.2020Qlobal pandemiyaya çevrilmiş COVİD-19 koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında sistemli tədbirlər həyata keçirilir.
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
YAP Səbail rayon təşkilatının könüllü gəncləri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Səbail rayonu ərazisində aztəminatlı ailələrə və yaşı 65-i keçmiş tənha, ahıl rayon sakinlərinə zəruri ərzaq yardımlarının çatdırılmasına davam edir.
23-24 aprel tarixlərində YAP Səbail rayon təşkilatının könüllü gəncləri Səbail rayonu ərazisində Bayıl qəsəbəsi Əli Nəzmi, Gülbala Əliyev, Aydın Məmmədov, Fərman Qurbanov, Əlibəyov Qardaşları, Lütfi Babayev, Buxta 5 və 20-ci sahə ərazisində Elçin Əzizov, Nasosnı 41 və Yüzbəy Mürsəlov ünvanlarında ümumilikdə 17 aztəminatlı ailəyə zəruri ərzaq yardımlarını çatdırdılar.
#EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük