YAP Səbail rayon təşkilatı xüsusi karantin rejimində aztəminatlı ailələri diqqət mərkəzində saxlayır
06.05.2020Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə respublika ərazisində elan olunmuş xüsusi karantin rejimində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən rayon ərazisində qayğıya və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə zəruri ərzaq məhsulları müntəzəm olaraq çatdırılır, sakinlərə sağlamlığın müdafiəsi məqsədilə xəstəlikdən qorunma üsulları izah edilir.
Mayın 5-də YAP Səbail rayon təşkilatının könüllü gəncləri Səbail rayonu Bayıl qəsəbəsi və 20-ci sahə ərazisində ümumilikdə 12 aztəminatlı ailəyə növbəti ərzaq yardımlarını çatdırdılar.
#BizBirlikdəGüclüyük