YAP Səbail rayon Qadınlar Şurası Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən yardım aksiyasında yaxından iştirak edir
06.05.2020Qlobal təhlükəyə çevrilmiş koronavirus pandemiyasına (COVID-19) qarşı ölkəmizdə dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün rayon və şəhər təşkilatları rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan vətəndaşlara müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
YAP Səbail rayon Qadınlar Şurası da bu milli həmrəylik aksiyasında yaxından iştirak edir. Son bir neçə gün ərzində rayon partiya təşkilatının Qadınlar Şurasının sədri, fəal üzvləri və Azərbaycan Dövlət İqtisad Universitetinin fəal qadın partiya üzvləri Səbail rayonu ərazisində ümumilikdə 15 aztəminatlı ailəyə, o cümlədən tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl rayon sakinlərinin ünvanlarına zəruri ərzaq məhsulları çatdırıblar.
#EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük