YAP könüllüləri Səbail rayonu ərazisində tənha və əlil vətəndaşlara zəruri ərzaq yardımlarının çatdırılmasına davam edir
14.05.2020Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım çatdırır, onlara sosial xidmətlər göstərirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə respublika ərazisində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində qayğıya və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır və YAP könüllüləri Səbail rayonu ərazisində tənha, ahıl vətəndaşlara, xüsusilə əlillərə və yataq xəstələrinə zəruri ərzaq yardımlarını çatdırırlar.
Mayın 13-də YAP Səbail rayon təşkilatı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə birgə növbəti yardım aksiyasını reallaşdırdı. YAP və DOST könüllüləri Səbail rayonunda ümumilikdə 21 ailəyə, o cümlədən 17 nəfər 1-ci qrup əlil vətəndaşlara zəruri ərzaq məhsullarını çatdırdılar.
#BizBirlikdəGüclüyük