YAP Səbail rayon təşkilatı rayon ərazisində yaşayan tənha və əlil vətəndaşları daim xüsusi diqqət mərkəzində saxlayır

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən ölkəmizdə görülən işlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan vətəndaşlara müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.

Səbail rayonu ərazisində yaşayan əlil və tənha vətəndaşları daim xüsusi diqqət mərkəzində saxlayan YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi müddətində aztəminatlı, tənha, ahıl və əlil rayon sakinlərinin ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər həyata keçirilir.

Mayın 19-da YAP Səbail rayon təşkilatı DOST Agentliyi ilə birgə növbəti yardım aksiyasını reallaşdırdı. YAP və DOST könüllüləri Səbail rayonunda 10 nəfər 2-ci qrup əlil vətəndaşlara zəruri ərzaq məhsullarını çatdırdılar.

#BizBirlikdəGüclüyük