YAP Səbail rayon Qadınlar Şurası yardım aksiyasına davam edir
10.07.2020Qlobal təhlükəyə çevrilmiş koronavirus pandemiyasına (COVID-19) qarşı ölkəmizdə dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün rayon və şəhər təşkilatları rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan vətəndaşlara müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
YAP Səbail rayon Qadınlar Şurası da bu milli həmrəylik aksiyasında yaxından iştirak edir. Son bir neçə gün ərzində rayon partiya təşkilatının Qadınlar Şurasının sədri və fəal üzvləri Səbail rayonu ərazisində ümumilikdə 16 aztəminatlı ailəyə, o cümlədən əlil, xəstə və tənha rayon sakinlərinin ünvanlarına zəruri ərzaq məhsulları çatdırıblar.