YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin onlayn formatda növbəti görüşü keçirildi
13.07.2020İyulun 13-də YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin onlayn formatda növbəti görüşü keçirildi.
Görüşdə çıxış edən rayon partiya təşkilatının Gənclər Birliyinin sədri Riyad Rüstəmli iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat haqda danışaraq bildirdi ki, atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutan düşmənə adekvat cavab verilmiş, Ermənistanın növbəti təxribatının qarşısı ordumuz tərəfindən qətiyyətlə alınmışdır. Təxribatın qarşısı alınarkən qəhrəmanlıqla şəhid olmuş hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Vurğulandı ki, hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmrini gözləyir və Vətənini canı-qanı bahasına qorumağa hazırdır.
İclasda həmçinin pandemiya ilə mübarizə ilə bağlı Gənclər Birliyi tərəfindən görülən və görüləcək işlər müzakirə edildi, yeni lahiyələr haqqında fikir mübadiləsi aparıldı.
İclasda YAP Səbail rayon Gənclər Birliyinin sədr müavinləri Lamiyyə Hacıyeva, Fuad Heydərli, GB İdarə Heyətinin üzvü Aygün Kazımova çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədilər, müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndirdilər.
İclas iştirakçıları tərəfindən yekdilliklə bildirildi ki, Yeni Azərbaycan Partiyasının bütün gəncləri Azərbaycan əsgəri ilə qürur duyur və hər an Vətənin müdafiəsinə, işğal altında olan torpaqlarımızın düşməndən azad olunmasına hazırdırlar. Allah Azərbaycan əsgərini qorusun, dualarımız sizinlədir, igidlərimiz!