YAP Səbail rayon təşkilatı tərəfindən növbəti sosial aksiya həyata keçirildi
23.10.20202020-ci il – Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr və uzun illərdir həsrətində olduğumuz, düşmən tapdağında olan Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əbədi həkk olunacaq.
Şahidi olduğumuz bu misilsiz tarixi günlərdə bütün Azərbaycan xalqı vahid amal uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşib. Hər bir azərbaycanlı bugünlərdə Ordumuza, qəhrəman əsgərlərimizə dəstəyini ifadə edir, döyüşlərdə yaralanan hərbiçilərimizi və şəhid olan qəhrəmanlarımızın ailə üzvlərini hər zaman olduğu kimi xüsusi diqqət mərkəzində saxlayır. Böyük ruh yüksəkliyinin və milli həmrəyliyin, birliyin müşahidə olunduğu ölkəmizdə cəmiyyətin hər bir üzvü əlindən gəldiyi qədər vətəndaşlıq mövqeyini nümayiş etdirir və ümummili işimizə öz töhfəsini bəxş edir.
Ölkəmizin ictimai-siyasi həyatında hər zaman aparıcı mövqeyi olan və bütün proseslərdə flaqman rolunu uğurla icra edən Yeni Azərbaycan Partiyası dövlətimiz və xalqımız üçün bu həssas məqamda da fəaliyyətini davam etdirir və bütün proseslərdə yaxından iştirak edir.
Oktyabrın 23-də YAP Səbail rayon təşkilatı tərəfindən növbəti sosial aksiya həyata keçirildi. Aksiya çərçivəsində partiya fəalları düşmənin xain təxribatlarının qarşısının alınması və müqəddəs Vətən torpağının azadlığı uğrunda döyüşlərdə yaralanan, hazırda müalicə olunan hərbiçilər, Azərbaycan Silahlı Qüvvələrinin cəsur əsgərlərini, zabitlərini ziyarət etdilər. Qəhrəman əsgərlərimizə tezliklə şəfa diləyən gənclər Vətən uğrunda igidliklə döyüşən hərbiçilərimizlə söhbət etdilər və ön cəbhədə rəşadətli Azərbaycan Ordusunun döyüş əzmi, qazanılan qələbələr haqqında təəssüratlarını bölüşdülər. Tezliklə sağalıb yenidən Vətən uğrunda döyüş meydanına, cəbhə yoldaşlarının yanına qayıtmaq arzusu ilə alışıb yanan hərbiçilərimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliklərini ifadə etdilər.
Gənclər, hərbiçilərimizə yüksək səviyyədə tibbi xidmət göstərən həkimlərimizə bir daha təşəkkür etdilər və Azərbaycan cəmiyyətinin həm hərbiçilərimizə, həm də həkimlərimizə olan dərin minnətdarlıq hisslərini ifadə etdilər.
Eşq olsun Azərbaycan xalqına qələbə sevincini yaşadan Ali Baş Komandanımıza! Eşq olsun əzəli torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna! Eşq olsun hər zaman böyük fədakarlıq nümayiş etdirən qəhrəman həkimlərimizə! Yaşasın müstəqil Azərbaycan!
QARABAĞ AZƏRBAYCANDIR!!!