Prezident İlham Əliyev: Qubadlının, Xocavəndin, Cəbrayılın və Zəngilanın daha 13 kəndi işğaldan azad edilib

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi twitter səhifəsində Azərbaycan xalqına torpaqlarımızın işğaldan azad olunması haqqında növbəti müjdəli xəbərləri çatdırdı.

“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Beləliklə, daha 13 kənd işğaldan azad olundu. Allah Azərbaycan Ordusunu qorusun və Azərbaycan xalqını Vətən uğrunda gedən bu haqq mübarizəsində müvəffəq etsin. QARABAĞ AZƏRBAYCANDIR!!!