Prezident İlham Əliyev: Zəngilan, Füzuli və Qubadlının bir neçə kəndləri işğaldan azad edildi
28.10.2020Rəşadətli Azərbaycan Ordusu Vətən torpaqlarının düşmən tapdağından azad olunması üçün şanlı zəfər yürüşünü davam etdirir.
“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.