Prezident İlham Əliyev: Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın yaşayış məntəqələri azad edildi

Noyabrın 7-də Müzəffər Azərbaycan Ordusu daha 16 yaşayış məntəqəsini işğaldan azad edib.

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Azərbaycan xalqı üçün daha bir müjdəli xəbər isə Xocalının 2 kəndinin azad olunması olub. Xocalı Azərbaycan xalqının ağrısının, acısının, kədərinin istinad nöqtəsidir. Xocalıya girən əsgər, sən bu xalqın milli ləyaqətini bərpa edirsən.

Allah Ali Baş Komandanımızı, Azərbaycan əsgərini qorusun! Şanlı Azərbaycan tarixinin yenidən yazıldığı günlərə şahidlik edirik. Allaha min şükürlər olsun ki, Azərbaycan xalqına bu möhtəşəm günləri nəsib etdi!

Ali Baş Komandanın hamımızı qürurlandıran və fərəh gözyaşlarımıza səbəb olan 7 noyabr 2020-ci il tarixli tviti:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”