Fuad Heydər: 28 yaşlı Yeni Azərbaycan Partiyası

Screenshot20201121153152FacebookFuad Heydər
YAP Səbail Rayon Gənclər Birliyinin sədr müavini

28 YAŞLI YENİ AZƏRBAYCAN PARTİYASI

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 28 il ötür. 28 il öncə Azərbaycanda yaranmış ağır vəziyyət yeni bir siyasi təşkilatın, YAP-ın yaranma zərurətini meydana gətirdi. 

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, möhkəmlənməsi və ölkənin dayanıqlı inkişaf yoluna çıxarılmasında həlledici rol oynadı. Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.

Məlumdur ki, Yeni Azərbaycan Partiyasının simvolu – dəfnə ağacı və onun mərkəzində səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Bayrağın üzərində partiyanın simvolu əks olunub. Partiyanın simvolu olaraq dəfnə ağacının simvol kimi seçilməsi də təsadüfi deyil. Çünki dəfnə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. Simvol ümumi müzakirə nəticəsində hazırlanmışdır. Onun konkret müəllifi isə YAP-ın yaradıcılarıdır. YAP-ın bayrağı ağ rəngdədir. Ağ isə Sülh, əmin-amanlıq rəmzidir.

1992-ci il, noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və qısa müddətdə bütün rayonlarda təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul edilən Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrında keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən iqtisadi və sosial cəhətdən güclü Azərbaycan uğrunda mübarizə aparır. Heç kimə sirr deyil ki, bu gün Yeni Azərbaycan partiyasını belə qüdrətli olmasının əsas səbəbi onun bünövrəsinin sağlam təməl daşları üzərində ucaldılmasıdır. Heydər Əliyev siyasətini layiqincə davam etdirən ölkəmizin başçısı, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin bugünlərdə bizə yaşatdığı Qarabağın Qələbə sevincini ən böyük nümunə gətirərək əminliklə deyə bilərik ki, xalq bu zəfəri əbədi yaşadacaq. Bu gün öz ətrafında yarım milyondan çox insanı, daha dəqiq desək 760000-dən çox vətəndaşı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.

Bu gün ölkəmizdə qazanılan bütün uğurlar, sosial-iqtisadi nailiyyətlər, o cümlədən insan və hüquq azadlıqlarının təmini, hüquqi dövlət quruculuğu və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbə ulu öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir. Mən də gənc fəal YAP-çı olaraq Yeni Azərbaycan Partiyasının bütün rəhbərliyini təbrik edirəm.

https://buta.ws/