Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi YAP Səbail rayon təşkilatında ehtiramla yad edildi
04.12.2020Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.
Bütün ölkə ərazisində olduğu kimi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında da Silahlı Qüvvələrimizin şəhidlik zirvəsinə ucalan 2783 nəfər hərbi qulluqçusunun əziz xatirəsi ehtiramla anıldı.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin. Qarabağ Azərbaycandır!