Nicat Hüseynov: “Hər günü bir şanlı qələbə olan 44 gün”
17.02.2021Nicat Hüseynov
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi
HƏR GÜNÜ BİR ŞANLI QƏLƏBƏ OLAN 44 GÜN
30 illik vətən həsrəti, nisgili, arzularımız, xəyallarımız, yuxularımız, gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı 44 gündə gerçəyə çevrildi! 10 noyabr 2020-ci il… Prezident, Ali Baş Komandan İlham Əliyev cəynablarının qətiyyətli mövqeyi, Müzəffər Ordumuzun, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza «İRƏLİ!» əmrini verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 44 gün ərzində Azərbaycan Şanlı Qələbəsinə nail oldu. Hər günü bir şanlı qələbə olan 44 gün ərzində düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovdular. Ali Baş Komandanımız müraciətlərində də Ermənistanın rəhbərliyinin nə qədər qorxaq və mənəviyyatsız olduğunu dəfələrlə deyib və bunu həm siyasi, həm də döyüş meydanında sübut etdi: «İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Vəssalam, nida! Başqa yol yoxdur!!!
Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhəvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.
Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, müraciətlərində, müsahibələrində bildirib ki, biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq: «Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Bir sözlə, bu gün artıq Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi “dəmir yumruq” siyasəti ilə 44 günə dağıtdı. Azərbaycanın yeni tarixini yazdı. Azərbaycan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi düşünülmüş “dəmir yumruq” siyasəti ilə Qarabağ Azərbaycandır! Və 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!