YAP Səbail rayon təşkilatının nümayəndələri “8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə Vətən müharibəsi Şəhidlərinin xanım ailə üzvlərini ziyarət etdilər
08.03.2021Martın 8-də YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin Səbail rayonundan olan Şəhidlərinin xanım ailə üzvlərini evlərində ziyarət etdilər, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və qəhrəmancasına Şəhid olan igidlərimizin fədakar analarına, bacılarına, həyat yoldaşlarına “Beynəlxalq qadınlar günü”ndə xüsusi təşəkkür etdilər, ailə üzvləri ilə birlikdə qəhrəman Şəhidlərimizin əziz xatirəsini yad etdilər.
YAP Səbail rayon təşkilatının könüllü gəncləri və “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvləri Azərbaycan xalqına Şanlı Qarabağ Zəfərini bəxş edən qəhrəman Şəhidlərimizin ailə üzvlərinə bir daha dərin hörmət və ehtiramlarını ifadə etdilər. Vurğulandı ki, Azərbaycan xalqı Vətənin igid oğulları ilə fəxr edir və onların əbədiyaşar xatirəsini daima əziz tutur.
Şəhid ailələri üzvləri ölkəmizdə Şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər, Yeni Azərbaycan Partiyasının Şəhid ailələrinə göstərdiyi diqqətdən razılıqlarını ifadə etdilər.
https://azertag.az/
http://yeniazerbaycan.com/