Aytac Məhərrəmli: “İllər sonra Qarabağda Novruz Bayramı”

0BC1BDEC-2A2F-4BC4-83A0-6A7138AE6F2AAytac Məhərrəmli
YAP Səbail rayon təşkilatının məsləhətçisi

İLLƏR SONRA QARABAĞDA NOVRUZ BAYRAMI

Hər il Novruz tonqalımıza atəş vurarkən dilədik, istədik, ümid elədik. Qurumuş gülləri sulamaq kimi ümid elədik tonqalımızı Qafqazın gözəllik guşəsi olan Şuşada qalamağımızı. Qəlbimizin bir hissəsində daim qalan o “Qarabağ yarası” ilə açdıq süfrələrimizi. Əsarət altında qalan dədə baba torpaqlarımızın ah naləsi düyün oldu boğazlarda… Yarım sevinclər, yarım bayramlar yaşadıq. O məşəl hər qalxdığında Qarabağda yanmağı arzuladıq. Ancaq tonqalları məşalələrlə deyil, həsrət atəşi ilə yandırardıq. Qarabağ həsrətinin atəşi…

Bəli, nəhayət bu həsrətin sonuna çatmışıq. İllər sonra Qarabağda Novruz bayramı… İlahi, bu nə böyük sevincdir. Bu sevinci bizə yaşadan Ulu Tanrıya, haqq ədaləti bərpa edib bizi torpaqlarımıza qovuşduran Ali Baş Komandana, bu yolda bir an belə düşünmədən canından qanından keçən mərd vətən övladlarına borcumuz sonsuzdur. İllərin arzusu həyata keçdi.

Cənab Prezidentimiz İlham Əliyevin düzgün və yenilməz siyasətinin, xalqımıza durmadan , yorulmadan verdiyi dəstək və sonsuz cəsarətin nəticəsidir ki, artıq bayramlarımızı, sevinclərimizi bir yumruq kimi tamamlamışıq.

Əsrlərin milli ənənəvi ruhunu təcəssüm etdirən Novruz bayramımızı, Baharın gəlişini əzəli torpaqlarımız olan Qarabağla birgə qarşılayacağıq. Yansın məşalələr, qalansın tonqallar, buyursun xonçalar… Qarabağ Novruz üçün darıxıb… Novruz Qarabağ üçün darıxıb. Bu bahar başqa bir bahardır. Bu bahar qəlblərə gələn bahardır.

Ölkəmizin Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Şuşada tonqal qalandı, möhtəşəm bayram keçirildi. Bütün Azərbaycan xalqının qəlbi Şuşada döyündü. İllərin xəyalı Ali Baş Komandanımız sayəsində reallığa çevrildi. Tonqalımızın atəşi ilə düşmənin qəlbinə sönməyəcək od saldıq.  Bundan sonra Şuşa, Qarabağ bayramlar məkanıdır. Bütün bayramlarda artiq səninləyik Can Qarabağ!

Əsrlərdir öz Vətəni naminə əlindən gələni əsirgəməyən, yeri gəldikdə canını belə ortaya qoyan mərd və yenilməz Azərbaycan xalqı! Novruz Zəfərlə gəlir. Novruz Qarabağla gəlir. Zəfər bizimdir! Qarabağ Azərbaycandır! Müqəddəs Novruz bayramınız mübarək olsun!