“Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda bir neçə Şəhid ailəsi ziyarət olundu

Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən və qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarının təşəbbüsü və dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində Bakıda səfərdə olan qardaş Türkiyənin iş adamları aprelin 2-də YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda bir neçə Şəhid ailəsini ziyarət etdilər.

Əvvəlcə qonaqlar YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevlə görüşdülər, bu zamana qədər gorülmüş işlər və bundan sonra Səbail rayonunda həyata keçirilməsi nəzərdə tutulan sosial layihələr haqqında fikir mübadiləsi apardılar. Tərəflər arasında gələcək əməkdaşlıq üçün razılıq əldə olundu. Vurğulandı ki, YAP Səbail rayon təşkilatı qardaş Türkiyə və yerli iş adamları ilə sıx əməkdaşlıq edəcək və “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində Səbail rayonunun Şəhid və qazi ailələri, Şəhid övladları və ailə üzvləri, qazilərimiz üçün təhsil sahəsində və humanitar sferada davamlı layihələr icra olunacaqdır.

Qonaqlar Səbail rayonunun Vətən müharibəsi Şəhidləri Mayor Əhədzadə İlkin Qələmşah oğluİsmayılov Orxan Zöhrab oğlunun ailələrini evlərində ziyarət etdilər, Şəhidlərimizin valideynlərinə, övladlarına hədiyyələr təqdim etdilər. Görüşlər zamanı Şəhid ailə üzvləri ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri, Vətənimizin ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və qəhrəmanlıqla Şəhid olan igidlərimizin şərəfli döyüş yolu və əbədiyaşar əziz xatirəsi haqqında söhbət edildi və Şəhidlərimizin Vətənə əmanət olan övladları üçün yaradılmış gələcək təhsil imkanları haqqında ailələrə məlumat verildi. Şəhid ailələrinə maddi yardım təqdim olundu.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ürəkdən təşəkkür etdilər.

https://azertag.az/
https://ikisahil.az/
http://yeniazerbaycan.com/