YAP Səbail rayon təşkilatında “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı videokonfrans keçirildi

Aprelin 5-də YAP Səbail rayon təşkilatında Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı videokonfrans keçirildi. Vətən müharibəsinin Səbail rayonundan olan qazilərinin, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya fəallarının və gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri, YAP Səbail rayon “2 №-li” ərazi ilk partiya təşkilatının sədri Adil Vəliyev, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova, 6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova, 50 saylı məktəbin direktoru Sədaqət Həsənova, YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov, YAP Səbail rayon “Akademik Filarmoniya” (Azərbaycan Dövlət Akademik Filarmoniyası) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov, “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının sədri Əsəd İsmayılov, Vətən müharibəsinin qaziləri “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Əzizli Nicatbəy Əliqismət oğlu, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Vəliyev Elvin Nəcəf oğlu, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş, həm də Aprel döyüşlərinin iştirakçısı olan Mustafayev İsa Sultanəli oğlu, “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Əliyev Balaəmi Etibar oğlu, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Həsənov Fərid Fizuli oğlu, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Şirinov Vasif Nizami oğlu, Səlimov Xəqani Rəfail oğluAbdullayev Ələkbər Əlibala oğlu çıxış etdilər. Videokonfransda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri – Respublikanın Əməkdar artistləri Almaz Orucova, Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov və nağarada Emin Cəbrayılovun ifası dinlənildi, sənətkarlar səsləndirdikləri mahnıları Vətən müharibəsində möhtəşəm Qarabağ Zəfərinin əldə olunmasına ön və arxa cəbhədə töhfəsi olan hər kəsə ərmağan etdilər.

Əvvəlcə 2016-cı Aprel döyüşlərində, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda Şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycanın müasir hərb tarixinin ən möhtəşəm səhifələrindən biri olan Aprel döyüşlərinin Vətən mühribəsindəki tarixi qələbəmizin ilk müjdəçisi olduğunu vurğulayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Aprel döyüşlərindən öncə regiondakı geosiyasi vəziyyət, işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi və siyasi təxribatlar, Aprel döyüşlərində erməni miflərinin ifşa olunması, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və Şanlı Aprel Qələbəsi, işğalçının məruz qaldığı ağır canlı və hərbi texnika itkisi, Azərbaycanın “dörd günlük müharibə”də əldə etdiyi nəticələr, işğaldan azad olunan ərazilər və Aprel döyüşlərinin Vətən müharibəsindəki Şanlı Qələbənin ilk bünövrəsi olması haqqında geniş danışdı. Ş.Hacıyev qeyd etdi ki, məhz Aprel döyüşlərində Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əzəli düşməni üzərində uzun illərdən sonra böyük qələbə qazandı, rəşadətli ordumuz . Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini işğaldan azad etdi, Talış kəndi ətrafındakı bir çox strateji əhəmiyyətli yüksəkliklərin, Lələtəpənin, Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edərək düşmən üzərində strateji üstünlük əldə etdi, eləcə də döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 əsgəri öldürüldü və 500-dən artıq əsgəri yaralandı. Vurğulandı ki, müstəqillik tariximizə qızıl hərflərlə yazılan Şanlı Aprel qələbəsi nəticəsində bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Ordumuzun döyüş qabiliyyəti, ən müasir silahlar, hərbi texnika, avadanlıq və sistemlərlə təchizatı Azərbaycanın xalqının qələbə ruhunu yüksəltdi, 2018-ci il Günnüt Zəfəri, 2020-ci il Tovuz döyüşləri Azərbaycan xalqını addım-addım Böyük Qələbəmizə, torpaqlarımızın işğaldan tamamilə azad olunması, Vətən müharibəsindəki misilsiz Zəfərimizə yaxınlaşdırdı. Azərbaycan xalqı Vətən uğrunda döyüşən, Şəhid, qazi olan Vətən müharibəsi iştirakçılarının xidmətini əbədi yaşadacaq, qəhrəman Vətən oğullarının qanı, canı bahasına işğaldan azad olunan torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qoruyacaqdır. Səbail rayonundan olan Şəhid və qazi ailələrinin Yeni Azərbaycan Partiyası tərəfindən daima xüsusi diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Hacıyev bildirdi ki, “Şəhid və qazi ailələrinə qayğı” davamlı aksiyası çərçivəsində ərazi ilk partiya təşkilatlarının iştirakı ilə bundan sonra da müxtəlif layihələr icra olunacaqdır.

Zəfər tariximizin əbədi olmasını arzulayan YAP Səbail rayon “Akademik Filarmoniya” (Azərbaycan Dövlət Akademik Filarmoniyası) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov Şanlı Aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçılarının, qazilərimizin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirdi. Qeyd olundu, Filarmoniya kollektivinin üzvü, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqası Eyvazov Firdovsi Təvəkkül oğlu 44 günlük Vətən müharibəsində döyüş, Zəfər yolu keçmişdir və qazimizin gündəlik qayğıları Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivinin xüsusi diqqət mərkəzində saxlanılır. Sonra Respublikamızın Əməkdar artıstlərinin ifasında musiqi nömrələri səsləndirildi.

Konfransda çıxış edən bütün natiqlər böyük həyəcan, sevinc və qürur hissi ilə Şanlı Aprel döyüşlərindən, Vətən müharibəsi qələbəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışdılar. Bütün çıxışlarda Şəhidlərimizin əziz xatirəsi yad olundu, qazilərimizə, onların fədakar ailələrinə təşəkkür edildi, Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərinin və qəhrəman Vətən oğullarının xidmətlərinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif təkliflər səsləndirildi. Natiqlər Səbail rayonunun Şəhid ailələrini və qazilərini daim xüsusi diqqət mərkəzində saxlayan YAP Səbail rayon təşkilatına yüksək vətənpərvərlik ruhunda görülən işlərə, xüsusilə bu gün təşkil olunan videokonfransa Vətən müharibəsinin canlı şahidləri olan qazilərin dəvət olunmasına görə təşəkkür etdilər, qazilərimizə göstərilən diqqət və qayğı üçün minnətdarlıq ifadə etdilər.

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev Azərbaycan xalqının Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayan və Şuşaya uzanan Zəfər yolu haqqında danışaraq bildirdi ki, dövlət başçısı, müzəffər Ali Baş Komandanın məqsədyönlü siyasəti, ölkəmizdəki ordu quruculuğu nəticəsində məhz 2016-cı Aprel döyüşlərində qazanılmış qələbədən sonra 24 illik işğala son qoyuldu, ilk olaraq Cəbrayılın Cocuq Mərcanlı kəndində 150 ailə yaşamağa başladı. Bu kənddə aparılan yenidənqurma və bərpa işləri işğaldan azad olunmuş bütün ərazilərimizin dirçəldilməsinin simvoludur. 2016-cı il Qələbəsindən sonra hər il Cocuq Mərcanlı kəndini minlərlə qonaq ziyarət etdi, ordakı keçmiş təmas xəttində yaşayan vətəndaşlarımız xalqımızın dəstəyini daima özünə arxa, dayaq kimi hiss etdi. Bu istiqamətdə xüsusilə Səbail rayon ictimaiyyətinin, YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndinə dəfələrlə təşkil olunan ziyarətlərini xüsusi qeyd edən Z.Həziyev Cocuq Mərcanlı kəndinin bütün sakinləri adından bir daha xalqımızı Böyük Qələbəmiz münasibətilə təbrik etdi, bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.

Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri, YAP Səbail rayon “2 №-li” ərazi ilk partiya təşkilatının sədri Adil Vəliyev Vətən müharibəsi günlərində Azərbaycan xalqının birliyi, ordumuzun şücaəti haqqında danışaraq qeyd etdi ki, müharibələr bəşəriyyət üçün ağır sınaq olsa da, Azərbaycan haqq mübarizəsində bu sınaqdan da alnı açıq, başı uca çıxdı. Möhtərəm Prezdientimiz İlham Əliyevin “dəmir yumruğu” praqmatik və çevik siyasət nəticəsində tarixi ədaləti bərpa etdi və Azərbaycanın qəhrəman oğulları bütün Şəhidlərimizin, tökülən qanların qisası əzəli düşmənimizdən artıqlaması ilə aldı.

YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova Şanlı Aprel döyüşlərini Azərbaycan xalqının, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük hərbi qələbəsi kimi qiymətləndirərək bildirdi ki, Vətən müharibəsində Azərbaycan Ordusu tarixi missiyasının öhdəsindən layiqincə gəldi, döyüş meydanında düşmənin başını əzdi. Azərbaycan xalqı qalib gəlməliydi və qalib gəldi.

6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova Azərbaycan Ordusunun Aprel döyüşləri qığılcımını Vətən müharibəsində böyük bir alova çevirdiyini vurğulayaraq bildirdi ki, Azərbaycan əsgərləri düşmənlə hər üz-üzə gəldiyində, həm 2016-cı ildə, həm Tovuz İyul döyüşlərində, həm Vətən müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmişlər. Ordumuzun hərbi hazırlığı, qələbə ruhu bütün xalqımızı müsbət mənada lərzəyə gətirmiş, milli ruhumuzu dirçəltmişdir. Şuşanın alınması böyük bir qəhrəmanlıq dastanıdır və doğma, əziz Şuşamızın mənfur düşmən tapdağından azad olunması Azərbaycan xalqının tarixi Qarabağ Zəfərinin, Azərbaycan əsgərinin qəhrəmanlığının və məğlubedilməzliyinin simvoludur. Azərbaycan xalqı bu yolda Şəhid, qazi olan bütün övladlarının xidməti əbədi yaşadacaq və nəsildən-nəsilə ötürəcəkdir.

50 saylı məktəbin direktoru Sədaqət Həsənova qardaşlaşmış məktəblər olan Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi və Səbail rayonu Bibiheybət 50 saylı orta məktəbin əməkdaşlığı, reallaşdırılan birgə layihələr və YAP Səbail rayon təşkilatının dəstəyi ilə həyata keçirilən qarşılıqlı səfərlərdən danışaraq bildirdi ki, keçmiş təmas xəttində – Cocuq Mərcanlıda yaşayan hər bir vətəndaşımız qəhrəmandır, Vətən müharibəsi günlərində də kəndi heç kim tərk etmədi. Vətəndaşlarımızda bu inamı, güvəni yaradan ölkə başçısı və rəşadətli Azərbaycan ordusudur. Xalqımız öz Lideri ətrafında sıx birləşib, Azərbaycan əsgərinə güvənir və Vətənin hər qarış torpağı üçün hər an müdafiəyə və döyüşə hazırdır.

YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov konfransda iştirak edən Səbail rayon qazilərini xüsusi salamladı. Fövqaladə Hallar Nazirliyinin Həmkarlar Komitəsinin əməkdaşlarının dəfələrlə cəbhəboyu kəndlərə, rayonlara olan səfərlərindən danışan M.İsmayılov bildirdi ki, Aprel Qələbəsi, Vətən müharibəsi Zəfəri nəinki Türk və İslam tarixinə, dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu və bu qəhrəmanlıq dastanını Azərbaycan xalqının cəsur, qəhrəman oğulları öz qanları ilə yazdılar.

Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, bu il hər təqvim gününü, hər tarixi hadisənin ildönümünü qalib xalq kimi başıuca qeyd etdiyimiz haqqında qürurla danışan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov bildirdi ki, Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının böyüklüyünə, qəhrəmanlığına şahid oldu. Azərbaycan əsgəri Şəhidini, yaralısını yarıyolda qoymadı, döyüş meydanında əsl cəsarət, mərdlik və iradə nümayiş etdirdi. Azərbaycan haqq mübarizəsində tarixi ədaləti bərpa etdi və bu gün xalqımız səbirsizliklə işğaldan azad olunan torpaqlarımıza gedəcəyi, dağılsa da, viran qalsa da, izi qalmasa da ata yurdunda evlərini, məzarlarını ziyarət edəcəyi günü səbirsizliklə gözləyir.

YAP Səbail rayon “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının sədri Əsəd İsmayılov qəhrəman Azərbaycan əsgərlərinin tarixi xidmətləri haqqında ədəbi-bədii əsərlərin yazılması, filmlər çəkilməsi, kitablar hazırlanmasının və gələcək nəsillərin bu qəhrəmanlıq və vətənpərvərlik ruhunda böyüdülməsinin vacibliyinə diqqət çəkərək bildirdi ki, Şəhidlərimiz, qazilərimiz torpaqlarımızı işğaldan azad edərək, qanları ilə torpağı Vətənə çevirdilər. cəmiyyət olaraq missiyamız Şəhid və qazi ailələrini daim xüsusi diqqət mərkəzində saxlamaq və onlara layiq olduqları diqqət və hörməti göstərməkdir.

Çıxış edən Vətən müharibəsinin Səbail rayonundan olan qaziləri Vəliyev Elvin Nəcəf oğlu, Həsənov Fərid Fizuli oğlu, Səlimov Xəqani Rəfail oğlu, Əzizli Nicatbəy Əliqismət oğlu, Mustafayev İsa Sultanəli oğlu, Şirinov Vasif Nizami oğluAbdullayev Ələkbər Əlibala oğlu Azərbaycan xalqının 44 günlük şanlı Zəfərindən fəxarətlə bəhs etdilər, Şəhid olan döyüş yoldaşlarının əziz xatirələrini ehtiramla yad etdilər, səhhətini Vətən uğrunda qurban verən qazilərimizə şəfalar dilədilər və onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə etdilər. Qazilər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə diqqət çəkərək gənclərin müharibə iştirakçılarının və qazilərin təcrübələrindən faydalanması üçün məktəblərdə, ali təhsil müəssisələrində görüşlər təşkil olunması təklifi ilə çıxış etdilər. Vurğulandı ki, Azərbaycan xalqı bədnam qonşusuna və əzəli düşməninə qarşı daima hazırlıqlı olmalıdır.

Videokonfrans maraqlı fikir mübadiləsi və xoş təəssüratlarla yadda qaldı.

https://azertag.az/
http://yap.org.az/
https://ikisahil.az/
http://yeniazerbaycan.com/