YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində fəaliyyətini davam etdirir

YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində Səbail rayonunun Şəhid ailələrini və qazilərini daima xüsusi diqqət mərkəzində saxlayır və onların gündəlik qayğılarının həlli istiqamətində çalışır.

Yaxın günlərdə YAP Səbail rayon təşkilatının dəstəyi ilə iki nəfər – qazimiz və Vətən müharibəsi iştirakçısı işlə təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunan qəhrəman qazimiz əsgər Əliyev Balaəmi Etibar oğlu pərakəndə satış sektorunda işlə təmin olunmuşdur.

Əsgər Xuduzadə Məhəmməd Həsənağa oğlu qardaşı Səbail rayonu qazisi Xuduzadə Anar ilə birlikdə Vətən müharibəsində iştirak etmiş və 44 günlük Zəfər yolunu uğurla başa vurmuşdur. Vətən müharibəsi iştirakçısı M.Xuduzadə öz xahişi əsasında YAP Səbail rayon təşkilatının dəstəyi ilə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətində işlə təmin olunmuşdur.

İş təminatı ilə bağlı göstərilən diqqətə və dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinə təşəkkür edirik.

Vətən müharibəsini Qələbə marşı ilə başa vuran qazimiz Balaəmi Əliyevi və müharibə iştirakçısı Məhəmməd Xuduzadəni bir daha təbrik edir, onlara yeni iş yerlərində və fəaliyyətlərində uğurlar arzu edirik.