YAP gənclərinin iştirakı ilə “Daha sağlam gələcək” adı altında vaksinasiya aksiyası həyata keçirildi

Ölkəmizdə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir. Bu il yanvarın 18-dən etibarən həyata keçirilən aksiyada əhalinin demək olar ki, xeyli hissəsi vaksinin ikinci dozasını qəbul edib.

Mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirildi. TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında partiyanın 150-yə yaxın fəal üzvü iştirak etdi. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücləndirmək, eyni zamanda, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

YAP Səbail rayon təşkilatının gəncləri vaksinasiya aksiyasında yaxından iştirak etdilər.

https://azertag.az/