YAP Səbail rayon “7 №-li oxu zalı” (7 nömrəli tam orta məktəb) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
26.05.2021Mayın 26-da YAP Səbail rayon “7 №-li oxu zalı” (7 nömrəli tam orta məktəb) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
İclasda ərazi ilk partiya təşkilatının yeni sədri və müavinləri seçildi.
İclasda çıxış edən 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti və İPT üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakı haqqında məlumat verdi. Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.
YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi, mədəni-kütləvi fəaliyyəti, eləcə də rayon partiya təşkilatının Şəhid ailələrini, qaziləri, müharibə veteranlarını, əlil vətəndaşları, kimsəsizləri, tənha ahılları, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı rayon sakinlərini daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə həyata keçirilən humanitar və xeyriyyəçilik aksiyaları haqqında geniş danışan YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov “7 №-li oxu zalı” ərazi ilk partiya təşkilatının bütün üzvlərini rayonumuzun ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə dəvət etdi.
Aparat rəhbəri “7 №-li oxu zalı” İPT-nin üzvlərinin ötən dövr ərzində Prezident, Milli Məclis, Bələdiyyə seçkilərindəki fəal iştirakını xüsusi qeyd edərək ərazi ilk partiya təşkilatının seçiləcək yeni rəhbərliyinə uğurlar arzuladı.
Sonra səsvermə keçirildi, ərazi ilk partiya təşkilatının İdarə heyəti üzvlərinin təklifləri əsasında məktəbin direktoru Təhməzova Könül Arif qızı yekdilliklə “7 №-li oxu zalı” İPT-nin yeni sədri seçildi.
Çıxış edən İdarə heyətinin üzvləri yeni seçilmiş İPT sədrinə gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzuladılar.
Sonra sədrin müavinləri seçildi və iclasa yekun vuruldu.