Səbail rayonu Şəhid C.Əsgərov adına 50 nömrəli tam orta məktəbdə “26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü” və 44 günlük Vətən Müharibəsində qəhrəmancasına Şəhid olmuş Mayor Əhədzadə İlkin Qələmşah oğlunun doğum gününə həsr edilmiş tədbir keçirildi
25.06.2021İyunun 24-də Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən Şəhid C.Əsgərov adına 50 nömrəli tam orta məktəbdə”26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü” və 44 günlük Vətən Müharibəsində qəhrəmancasına Şəhid olmuş Mayor Əhədzadə İlkin Qələmşah oğlunun doğum gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Səbail RİH Başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Bibiheybət Bələdiyyəsinin sədri, Səbail rayonu Şəhidlərinin ailə üzvləri, müəllim və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlandı.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova qeyd etdi ki: “Hər bir günü qəhrəmanlıq dastanı, hər bir günü bizim üçün əziz, doğma olan 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, bizim qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Bu zəfər Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir”.
Şanlı ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən danışan 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova bildirdi ki: “Ordumuz 44 günlük Vətən müharibəsində vəzifəsinin öhdəsindən yüksək peşəkarlıqla gəldi. Bu tarixi Zəfər ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin də qanı yerdə qalmadı. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub”.
Tədbirdə məktəblilərin ifasında Şəhidlərimizə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirildi.