Səbail rayonunun Vətən müharibəsinin ilk Şəhidi Cavidan Ağayevin doğum günü münasibətilə məzarı ziyarət edildi
16.07.2021Bu gün Vətən müharibəsində qəhrəmancasına Şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun doğum günüdür. Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı…
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İyulun 16-da Səbail RİH başçısı Vüqar Zeynalov, RİHB-nın məsul əməkdaşları, Şəhidin ailə üzvləri, döyüş yoldaşları, YAP Səbail rayon təşkilatının üzvləri tərəfindən Şəhid Cavidan Ağayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edildi.