Azərbaycan Milli Xalça Muzeyində Şəhid və qazi ailələrinin övladlarının iştirakı ilə əyləncəli festival keçirildi
16.07.2021İyulun 16-da Azərbaycan Milli Xalça Muzeyində Şəhid və qazi ailələrinin övladlarının iştirakı ilə əyləncəli festival keçirildi.
Festivalda YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsinin Səbail rayonundan olan Şəhid və qazi ailələrinin uşaqları da iştirak etdilər.
Azərbaycan Milli Xalça Muzeyində uşaqların yay tətili günlərinə rəng qatmaq, onu daha səmərəli etmək üçün maraqlı və olduqca əyləncəli təşkil olunan Festival çərçivəsində Muzeyin balaca dostları üçün xalça kvesti oyunu, estafet yarışları təşkil olundu, kukla tamaşaları göstərildi. Uşaqların təqdimatında onların əl işi olan milli geyimlərdən ibarət moda nümayişi keçirildi, həmçinin festival iştirakçıları onlar üçün hazırlanan əyləncəli proqrama qatıldılar.