Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatının üzvləri növbəti dəfə Şəhid ailələrini evlərində ziyarət etdilər
19.07.2021Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə iyulun 19-da YAP Səbail rayon təşkilatının üzvləri növbəti dəfə Səbail rayonu Şəhid ailələrini evlərində ziyarət etdilər, ailələrə qurban payları və ərzaq sovqatları çatdırdılar.
Ziyarətdə YAP Səbail rayon “Bibiheybət” ərazi ilk partiya təşkilatının sədri, Səbail rayonu 50 №-li tam orta məktəbin direktoru Sədaqət Həsənova və rayon partiya təşkilatının fəalları iştirak etdilər.
Ziyarət çərçivəsində Şəhid Cavidan Ağayev, Şəhid Cəmil Məmmədli, Şəhid Vüsal Həsənov və Şəhid Vüsal Teymurovun ailələrinə baş çəkildi, ailələrin gündəlik qayğıları ilə maraqlanıldı.
Şəhid ailələri üzvləri dövlətin, ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daima öz üzərlərində hiss etdiklərini bildirərək razılıqlarını ifadə etdilər və “Vətən sağ olsun!” deyərək qəhrəman övladları ilə qürur duyduqlarını bir daha vurğuladılar.
Allah bütün Şəhidlərimizin ruhunu şad etsin! Amin!