Qurban Bayramınız mübarək!

Hörmətli YAP Səbail rayon təşkilatının üzvləri!

Əziz siyasi həmfikirlər!

Türk-İslam sivilizasiyasının tarixi, mədəni mərkəzlərindən biri olan Azərbaycan həmişə milli-mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmişdir. Mərhəmət və həmrəylik təcəssümü olan müqəddəs Qurban bayramının ölkəmizdə xüsusi təntənə ilə qeyd olunması bunu bir daha təsdiq edir.

Azərbaycan xalqı bu il Qurban bayramını ötən illərdən fərqli olaraq tamamilə başqa əhval-ruhiyyədə, böyük ruh yüksəkliyi ilə qeyd edir. Qurban bayramında hər il qurbanlar kəsilir və Böyük Qələbə, torpaqlarımızın işğaldan azad olunması arzu olunurdu. Nəhayət bu il Azərbaycan xalqının həsrətinə son qoyuldu. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Azərbaycan xalqı bu il məğrur, qalib xalq kimi Qurban bayramını əsl bayram əhval ruhiyyəsində qeyd edir və Şükür duaları ilə qurbanlar kəsir.

Qarabağımıza qovuşduğumuz bu Qələbə ilində Sizi müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ictimai-siyasi və peşəkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Allah kəsdiyiniz qurbanları, bütün niyyət və dualarınızı qəbul etsin! Amin!

Hörmətlə,
YAP Səbail rayon təşkilatının sədri
professor Şəmsəddin Hacıyev