Vətən müharibəsinin Səbail rayonu Şəhidi Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət edildi
07.08.20217 avqust Vətən müharibəsində qəhrəmancasına Şəhid olan Tağıyev Əli Aydın oğlunun doğum günüdür. Yaşasıydı Əlinin bu gün 24 yaşı tamam olacaqdı…
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Tağıyev oktyabrın 13-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Avqustun 7-də Səbail RİH başçısı Vüqar Zeynalov, RİHB-nın məsul əməkdaşları, Şəhidin ailə üzvləri, Səbail rayonu Şəhidlərinin ailə üzvləri, döyüş yoldaşları, YAP Səbail rayon təşkilatının üzvləri tərəfindən Şəhid Tağıyev Əli Aydın oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən Vətən müharibəsi Şəhidlərinin məzarları da ziyarət olundu, Şəhidlərin ruhuna dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edildi.