Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi
29.08.2021Tərlan Ağayev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədri
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASININ İNKİŞAF TARİXİ
Konstitusiyanın yaranması haqqında ümumi məlumat. Konstitusiya latınca “constitusio” sözündən götürülüb tərcüməsi “təsis etmək”,”quruluş”, “təsisat qurmaq” deməkdir.Konstitusiya termini tarixdə ilk dəfə olaraq Qədim Romada istifadə olunmuş, imperatorun verdiyi dekretlərin məhz birinin adı Konstitusiya olmuşdur.Dünya miqyasında ilk yazılı konstitusiya 1787-ci ildə ABŞ da qəbul edilmişdir. Avropada isə ilk konstitusiya 1789-cu ildə Fransada qəbul olunmuşdur.Konstitusiya norma nöqteyi nəzərdən 2 cür olur :
- Yazılı
- Şifahi
Şifahi konstitusiya haqqında məlumat verərkən qeyd edə bilərik ki, şifahi xarakter daşıyır və məhkəmə aktlarından, adətlərdən ibarət olur( Mərakeşin, Böyük Britaniyanın və s Konstitusiyaları) . Yazılı konstitusiya haqqında isə mövzumuzda daha geniş məlumat təqdim edəcəyik. Hal hazırda elmə məlum olan Konstitusiya termini özüdə 2 mənanı cəmləşdirir
- Hüquqi Konstitusiya
- Faktiki Konstitusiya
Faktiki Konstitusiya dövlətin ictimai quruluşun faktiki əsaslarını və şəxsiyyətin real vəziyyətini özündə cəm edir. Adından da göründüyü kimi cəmiyyətin bütün real münasibətlərini özündə ehtiva edir.Artıq müəyyən dərəcədə bu faktları tənzimləmək məqsədə uyğun olur ki, onuda hüquq normaları tənzimləyir . Hüquqi Konstitusiya isə mahiyyət etibarilə dövlətin və cəmiyyətin inkişafının müxtəlif mərhələlərində Sosial-iqtisadi və ictimai proseslərdə müəyyən olunur.Konstitusiya haqqında ümumi məlumat əldə etdikdən sonra mövzumuzun əsas hissəsinə keçid ala bilərik.
Azərbaycan Respublikası Konstitusiyanın inkişaf tarixi.
Azərbaycan tarixindən məlum olduğu kimi, 1918-ci ilin may ayının 28-də Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının iclası keçirilərək Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında Bəyannamə qəbul edilmiş və bitərəf deputat Fətəli xan Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti – müvəqqəti hökumət təşkil edilmiş və beləliklə, Şərqdə ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7- də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdır Azərbaycan Respublikasının tarixinə nəzər salsaq, görərik ki, ölkəmizin konstitusion inkişaf tarixi o qədər də uzun bir dövrü əhatə etmir. Bu, onunla bağlı olub ki, dünyanın demokratik dövlətlərinin formalaşdığı, parlamentarizm və konstitusıonalizmin təşəkkül tapdığı bir tarixi dönəmdə Azərbaycan Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalanıb, əsarət altına düşüb. Xüsusilə də Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılıb, Azərbaycanda imperiyanın bir əyaləti kimi “parçala və hökm sür” siyasəti yürüdülmüşdür. Daha sonra isə Rusiyanın özündə belə monarxiyanın mövcud olduğu, konstitusiyanın olmadığı bir şəraitdə, təbii ki, onun müstəmləkə ərazisi olan Azərbaycanda bir əyalət kimi konstitusiya mövcud ola bilməzdi. Bəzən tarixçilər Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş İstiqlal Bəyannaməsini konstitusiya kimi xarakterizə edir. Amma o, müasir anlamda təbii ki,konstitusiya kimi səciyyələndirilə bilməz. Azərbaycanın Konstitusiyasının ilk qəbulu məhz SSRİ dövrünə təsadüf edir.1921-ci il mayın 6-da I Ümumazərbaycan Sovetlər qurultayı toplandı. Gündəliyə daxil edilmiş məsələlərdən ən mühümləri Konstitusiyanın qəbulu və ali hakimiyyət orqanının formalaşdırılması idi. İlk Azərbaycan Konstitusiyasının layihəsi qurultayın gedişatında müzakirə olunmuş və mayın 19-da keçirilən iclasda yekdilliklə qəbul olunmuşdu O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiya-larına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir. 1918-ci il RSFSR Konstitusiyasının əsasında hazırlanmış Azərbaycan SSR-in Konstitusiyasının qəbul olunması, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixinin bir mərhələsidir və burada bir çox hüquq və azadlıqlar da öz əksini tapmışdı, mərkəzi dövlət – hakimiyyət orqanlarının təşkili və fəaliyyətinin əsaslan müəyyən olunmuşdu Konstitusiyanın qəbul edilməsi həmdə Azərbaycanda sovet quruluşunun yarandığını təsdiq etdi və əməkçilərin mənafelərinin və hüquqlarının qorunduğunu təsbit etdi. Dövlət idarəçilik formasını kommunist diktaturasının ən demokratik siyasi forma hesab etdiyi formada – sovetlər respublikası formasında müəyyən edən Konstitusiyada ali hakimiyyətin fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsus olduğu qeyd olunurdu. Konstitusiya 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi. Bölmələrdə dövlətin siyasi quruluşuna dair müddəalar, sovet hakimiyyətinin təşkili qaydası, sovet hakimiyyət orqanlarına seçkilənn
keçirilməsi qaydası və prinsipləri, büdcə hüququnun əsas müddəaları, Azərbaycan SSR-in dövlət rəmzlərinin (gerb və bayraq) təsviri əks etdirilmişdi. Konstitusiyada Azərbaycanın tam hakimiyyətliliyi, müstəqilliyi və aliliyi təsbit edilir, Azərbaycanın özünün ali dövlət hakimiyyəti və idarəçilik orqanları simasında, istisnasız olaraq, bütün daxili həyat və xarici siyasət məsələlərini həll etməsi qeyd olunurdu. Söz və mətbuat azadlığı, yığıncaqlar, mitinqlər, küçə yürüşləri azadlığı, vicdan azadlığı, milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bərabərlik hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, pulsuz, ümumi və icbari təhsil hüququ bu Konstitusiyada öz əksini tapmışdı. Azərbaycanın 1921-ci il Konstitusiyasında bəzi sosial-iqtisadi hüquqlar da öz əksini tapmışdı. Lakin burada üstünlük insanın ictimai təbiətinə, onun sosial sinfi mənsubiyyətinə verildiyindən bu hüquqlardan yalnız fəhlə sinfinin nümayəndələri istifadə edə bilərdi. Hüquq və azadlıqların verilməsi və onların həyata keçirilməsinin təminatı ilə yanaşı, Konstitusiya vətəndaşların üzərinə müəyyən vəzifələr qoyurdu. Əməklə məşğul olma vacib vəzifə kimi qarşıya qoyulurdu.
Konstitusiya bərabərlik hüququnu təsbit etsə də, bəzi kateqoriya şəxsləri seçki hüququndan məhrum edirdi.Azərbaycanın ilk Konstitusiyasının digər sovet respublikalarının, ilk növbədə, RSFSR-in Konstitusiyasından fərqlənən bir sıra əlamətləri mövcud idi. Konstitusiyada dövlət aparatının təşkili və fəaliyyətinin əsas prinsipləri sistemi təsbit olunurdu. Azərbaycanın ali hakimiyyət və idarəetmə orqanlarının, eləcə də yerli dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyət qaydası müfəssəl tənzim edilirdi. Azərbaycanın ilk Konstitusiyası respublikanın ali dövlət hakimiyyəti orqanlarının aşağıdakı sistemini müəyyən edirdi:
- Ümumazərbaycan Sovetlər Qurultayı
- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
- MİK-in Rəyasət heyəti
Konstitusiyaya görə bu orqanlar tam dövlət hakimiyyətini həyata keçirir, onun aliliyini və müstəqilliyini təmin edirdi. Ali hakimiyyət orqanları içərisində mühüm yeri fəhlə, kəndli, qızıl ordu və matros deputatlarının Ümumazərbaycan Sovetlər qurultayı tuturdu. Ümumazərbaycan Sovetlər qurultayları arasındakı müddətdə respublikada ali dövlət hakimiyyəti orqanı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi idi Bu Konstitusiya sovetlər ideyası əsasında fəaliyyət göstərir, Azərbaycanda sosializm cəmiyyətinin qurulmasını bir vəzifə olaraq qarşıya qoyur, respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyətinin simasında proletariatın diktaturasını, torpaq, sənaye, bank və sairlərin milliləşdirilməsini qanuniləşdirirdi. Azərbaycan SSR-in 1921-ci il Konstitusiyası ölkə zəhmətkeşlərinin hakimiyyətini bəyan edir və bu hakimiyyətin həyata keçirilməsində əsas rolu onlar tərəfindən seçilmiş sovetlərə aid edirdi. Bu zaman xalq hakimiyyətinin bilavasitə forması olan referendum nəzərdə tutulmurdu. Həmin dövrün seçki qanunvericiliyinə görə, əhali bilavasitə yalnız kənd və şəhər sovetlərini seçmək hüququna malik idi. Seçkilər isə daha çox dekorativ səciyyə daşıyırdı. Belə ki, sovetlərə nümayəndələrin göndərilməsi bolşevik kommunistlərinin iradəsi əsasında müəyyən edilirdi. Azərbaycan SSR-nin 1921-ci il Konstitusiyasında xalq anlayışı zəhmətkeş anlamı ilə əvəz olunurdu Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatında baş verən yeniliklər 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən ikinci Azərbaycan Konstitusiyasının qəbul edilməsilə nəticələndi. Bu Konstitusiyanın qəbul olunmasını şərtləndirən bir sıra məsələlər var idi:
- Azərbaycanın Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə qatılması
- 1924-cü ildə SSRİ-nin Konstitusiyasının qəbul olunması;
- Konstitusiyaya uyğun olaraq 1925-ci ildə Azərbaycanın birinci Konstitusiyasına onun təxminən 60 faizini əhatə edən dəyişikliklərin edilməsi.
Bundan sonra Azərbaycanın tərkibinə qatıldığı Zaqafqaziya Federasiyasının öz Konstitusiyası qəbul edildi. Deməli, Azərbaycan faktiki olaraq Federasiyanın tərkibində ikili tabeçilikdə – ikili federativ sistemdə fəaliyyət göstərirdi. Yəni ölkəmiz ZSFSR-in tərkibində idi, bu federasiyanın tərkibində isə SSRİ-nin tərkibinə qatılmışdı. Bu nöqteyi-nəzərdən, Zaqafqaziya Federasiyasının öz Konstitusiyasının qəbulu Azərbaycanın sayca ikinci Konstitusiyasının qəbulunu şərtləndirmişdi. Buna baxmayaraq həmin Konstitusiyada 1921-ci ilin Əsas Qanunundan ciddi şəkildə fərqlənən məsələlər yox idi. Bu Konstitusiya daha çox Sovet hakimiyyətinin əsaslarını təsbit edən Əsas Qanun kimi yadda qaldı. Bununla yanaşı, bir sıra yeniliklər də mövcud idi. Belə ki, Konstitusiyada Naxçıvan Muxtar Respublikasının hüquqi statusunu, Dağlıq Qarabağın, eləcə də məhkəmə orqanlarının hüquqi vəziyyətini müəyyənləşdirən fəsillər nəzərdə tutulmuşdu. 1921-ci il Konstitusiyasında Azərbaycanın dövlət rəmzləri ilə bağlı məsələlər dəqiqliyi ilə öz həllini tapmamışdı və Azərbaycanın özünün ayrıca bayrağı da mövcud deyildi, eləcə də dövlət himni haqqında müddəa təsbit olunmamışdı. Amma 1927-ci il Konstitusiyasında Azərbaycan dövlətinin bayrağı formasında bir maddə müəyyənləşdirilmişdi Azərbaycanın 1927-ci il Konstitusiyası 5 bölmə, 9 fəsil və 101 maddədən ibarət idi. Birinci bölmə ümumi müddəalara həsr olunmuşdu. Burada Azərbaycanın ZSFSR və SSRİ-nin tərkibində hüquqi vəziyyəti, ali hakimiyyət orqanları, vətəndaşlarının hüquqlan haqqında 17 maddə əks etdirilmişdi. Bir fəsil və 4 maddədən ibarət olan ikinci bölmədə ali hakimiyyət orqanlarının – Azərbaycan Sovetlər qurultayı və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (AzMİK) səlahiyyət dairəsi, Azərbaycanda ZSFSR-in ali orqanlarının qərarlarının məcburi qüvvəyə malik olması qeyd edilmişdi. Üçüncü bölmə beş fəsildən ibarət idi və mərkəzi hakimiyyət, Azərbaycanın Ali məhkəməsi, Naxçıvan MSSR və DQMV, yerli hakimiyyət, sovetlərə seçkilər haqqında çoxsaylı müddəaları əhatə edirdi. Bir fəsildən ibarət olan dördüncü bölmə büdcə hüququna, sonuncu fəsli ehtiva edən beşinci bölmə isə respublikanın gerb və bayrağına həsr edilmişdi. Konstitusiya AzMİK-i qanunverici, sərəncamverici və nəzarətedici orqan kimi səciyyələndirirdi. AzMİK Rəyasət heyətinin işi Böyük və Kiçik rəyasət heyətlərində və ayrı-ayrı komissiyalarda aparılırdı. Böyük Rəyasət heyəti qanunvericilik xarakterli qərarlara baxır və təsdiq edirdi. Kiçik Rəyasət heyəti 1932-ci ildə MİK-in Katibliyinin əvəzinə yaradılmışdı və onun tərkibinə MİK-in sədri, sədrin müavini, katib, həmçinin FKM XK (Fəhlə-Kəndli Müfəttişli-yi Xalq Komissarlığı) daxil idi. Hökumətin tərkibinə Xalq Komissarları Sovetinin (XKS) sədri, onun müavini və 11 xalq komissarı daxil idi. XKS-nin iclaslarında həlledici səslə Naxçıvan XKS-nin və Dağlıq Qarabağın vilayət sovetinin, Bakı Sovetinin, Dövlət Plan Komitəsinin, Dövlət Siyasi İdarəsinin və Azərbaycan neft sənayesi dövlət birliyinin (Azneftin) sədrləri iştirak edirdi. Hökumətin tərkibinə, həmçinin, ZSFSR-in müvafiq xalq komissarlıqlarının müvəkkilləri məşvərətçi və ya həlledici səslə daxil idilər SSRİ-nin 1936-cı il 5 dekabr tarixli Konstitusiyası əsasında IX Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən qəbul edilmiş Azərbaycanın 1937-ci il 14 mart tarixli Konstitusiyası özündə 155 maddəni birləşdirən 14 fəsildən ibarət idi Bu Azərbaycan SSR-in üçüncü konstitusiyası idi. Həmin konstitusiyada bir sıra yeniliklər nəzərə çarpırdı. İlk növbədə, dövlət hakimiyyəti orqanlarının sistemində müəyyən dəyişikliklər oldu. Belə ki, bu zamana qədər Azərbaycanda ali dövlət hakimiyyət orqanı Ümum-azərbaycan Sovetlər Qurultayı, onun Mərkəzi İcraiyyə Komitəsi, Xalq Komissarları Soveti nəzərdə tutulurdusa, bundan sonra Ümum-azərbaycan Sovetlər Qurultayı ləğv tamamilə ləğv olundu və buna müvafiq olaraq əvəzinə Azərbaycan SSR-in Ali Soveti yaradıldı, Ali Sovetin Rəyasət Heyəti formalaşdırıldı, Mərkəzi İcraiyyə Komitəsi bir qurum kimi ləğv edildi, Xalq Komissarları Soveti isə kiçik bir səlahiyyətlə icra – sərəncam orqanı kimi saxlanıldı. O. 1943-cü ildən etibarən Nazirlər Soveti adını almağa başladı. İkincisi, ilk dəfə olaraq vətəndaşlıq hüququ, vətəndaşların sosial-iqtisadi hüquqları, Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı bir çox müddəalar öz əksini tapdı, yəni müəyyən qədər təkmilləşmə prosesi getmişdi .İqtisadi sahədə, cəmiyyətin sinfi quruluşunda və milli qarşılıqlı münasibətlərdə əmələ gəlmiş əsaslı dəyişikliklər dövlət orqanları sistemində və seçki hüququ prinsipində bir sıra yeniliklərin təsbit edilməsinə səbəb oldu. Hakimiyyət orqanlarının hamısı gizli səsvermə yolu ilə ümumi, müstəqil və bərabər seçki hüququ əsasında seçilməyə başladı. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycanın 1937-ci il Konstitusiyası bir sıra yeni fəsilləri – «İctimai quruluş», «Vətəndaşların əsas hüquq və vəzifələri», «Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları», «DQMV-nin dövlət hakimiyyəti orqanları», «Məhkəmə və prokurorluq» adlanan fəsilləri ehtiva edirdi. Konstitusiyanın I fəsli Azərbaycan SSR-in ictimai quruluşuna, II fəsli dövlət quruluşuna, III fəsli Azərbaycanın ali dövlət hakimiyyəti orqanlarına, IV fəsli respublikanın dövlət idarəetmə orqanlarına, V fəsli Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanlarına, VI fəsli Naxçıvan MSSR-in dövlət idarəetmə orqanlarına, VTI fəsli DQMV-nin dövlət hakimiyyəti orqanla-rına, VIII fəsli yerli dövlət hakimiyyəti orqanlarına, IX fəsli Azərbaycanın büdcəsinə, X fəsli məhkəmə və prokurorluğa, XI fəsli vətəndaşların əsas hüquq və azadlıqlarına, XII fəsli seçki sisteminə, XIII fəsli dövlətin dili, gerbi, bayrağı və paytaxtına və nəhayət, XIV fəsli Konstitusiyaya dəyişikliklərin edilməsi qaydasına həsr edilmişdi. İctimai quruluşa aid olan fəsildə cəmiyyətin əsas təbəqələri qismində fəhlə, kəndli və əməkçi ziyalıların olduğu və bu təbəqələrin respublikanın siyasi əsasını təşkil edən zəhmətkeş deputatları sovetlərində təmsil olunduğu göstərilir. Konstitusiyanın 4-cü maddəsində qeyd edildiyi kimi, Azərbaycanın iqtisadi əsasını kapitalist təsərrüfat sisteminin ləğvi, əmək və istehsal vasitələri üzərində xüsusi mülkiyyətin istisna edilməsi, insanın insan tərəfindən istismarının aradan qaldırılması nəticəsində öz təsdiqini tapmış istehsal və əmək vasitələri üzərində sosialist mülkiyyəti təşkil edirdi. Sosialist mülkiyyəti iki formada – dövlət mülkiyyəti və kooperativ kolxoz mülkiyyəti formasında özünü ifadə edirdi. Sosialist federasiyasının tamhüquqlu üzvü kimi Azərbaycan SSR-in «dövlət suveren-liyi» formal da olsa onun Konstitusiyasının aşağıdakı müddəalarında ifadə olunmuşdu:
- Respublikanın özünün dövlət hakimiyyət orqanlarının yaradılmasında, habelə bu or-qanlann müstəqil surətdə ümumittifaq orqan-larının təsdiqinə ehtiyac olmadan respublikanın Konstitusiyasını qəbul etmək və onu dəyişdirmək hüququna malik olmasında;
- Müəyyən əraziyə malik olmada ifadə olunan ərazi üstünlüyünün olmasında, yəni respublikanın ali hakimiyyət orqanlarının öz hakimiyyətini həyata keçirdiyi həmin ərazi hüdudlarının Azərbaycanın razılığı olmadan dəyişdirilə bilməməsində;
- Azərbaycan SSR-in digər respublikalarla vahid çoxmillətli ittifaq dövlətində könüllü olaraq birləşməsində və onun SSR-in tərkibindən azad surətdə çıxmaq bilməməsində
- Respublika vətəndaşlığının mövcud olmasında və Azərbay-can SSR vətəndaşlığına qəbul etmək hüqu-qunda;
- Respublikanın özünün dövlət, təsər-rüfat və mədəni həyatının müxtəlif sahələrinə dair qanunvericilik hüququnun olmasında;
- Azərbaycan SSRİ-nin xarici dövlətlərlə bila-vasitə əlaqəyə girmək, onlarla saziş bağlamaq, diplomatik və konsul nümayəndələri göndərmək və qəbul etmək hüququna malik olmaolmasında
- Respublikanın öz qoşun birləşmələrinin olmasında;
- Əffetmə hüququnda;
- Respublikanın özünün dövlət dili, gerbi, bayrağı və paytaxtının olmasında
1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. 1978-ci il aprelin 21-də isə Azərbaycan SSR-in həmin Konsti-tusiyaya uyğunlaşdırılmış dördüncü Konstitusiyası qəbül edildi. Strukturuna görə həmin Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddəni özündə birləşdirirdi.Bu Konstitusiya digərlərindən daha təkmil və bir o qədər də geniş idi. Burada ictimai, siyasi sistemin, iqtisadi quruluşun əsaslarından, vətəndaşlıq hüququndan bəhs olunurdu, vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə bağlı ayrıca bölmə və fəsillər nəzərdə tutulmuşdu, dövlət hakimiyyəti orqanlarının hüquqi vəziyyəti məsələləri geniş şəkildə təsbit olunmuşdu. Bundan başqa, SSRİ və Azərbaycan SSR-in qarşılıqlı əlaqəsi, İttifaqın, respublikanın ayrıca və birgə səlahiyyətləri kimi məsələlər öz əksini tapmışdı . Burada ilk dəfə olaraq siyasi sistem, sosial inkişaf və mədəniyyət, xarici siyasət fəaliyyəti və sosialist vətəninin müdafiəsi, xalq deputatının statusu kimi fəsillər, sağlamlığın mühafizəsi hüququ, vəzifəli şəxslərin hərəkətlərindən şikayət vermək hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, şərəf və ləyaqətə qarşı qəsdlərdən məhkəmə müdafiəsi hüqu-qu, yaradıcılıq azadlığı, dövlət və ictimai təşkilatlann hərəkətlərini tənqid etmək hüqu-qu və s. kimi hüquqlar, habelə referendum institutu öz əksini tapmışdı.Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının 59-cu maddəsində göstərilirdi ki, Azərbaycan SSR vətəndaşı sosialist mülkiyyətini qorumalı və möhkəmləndirməlidir, dövlət əmlakının və ictimai əmlakın oğurlanmasına və israf edilməsinə qarşı mübarizə aparmaq, xalq malına qayğı ilə yanaşmaq Azərbaycan SSR vətəndaşının borcudur Təəssüf ki, 1978-ci il Konstitusiyasına görə respublika Ali Sovetinin Rəyasət heyəti deputatlar içərisindən sədrdən, sədrin üç müavinindən, Ali Sovetin Rəyasət heyətinin katibindən və Rəyasət heyətinin on altı üzvündən ibarət tərkibdə seçilməli idi.İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində “xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur. Xalq dövlət hakimiyyətini Azərbaycan SSR-in siyasi əsası olan xalq deputatları sovetləri vasitəsilə həyata keçirir. Həmin Konstitusiyanın başqa maddəsində isə deyilir ki, sovet dövlətinin təşkili və fəaliyyəti demokratik mərkəziyyət prinsipinə: aşağıdan yuxarıyadək bütün 25 dövlət hakimiyyəti orqanlarının seçkili olması, onların xalqa hesabat verməsi, yuxarı orqanların qərarlarının aşağı orqanlar üçün məcburi olması prinsipinə uyğun surətdə qurulur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti illərinə təsadüf edən bu Konstitusiya və onun əsasında ölkədə aparılan siyasət – Azərbaycan xalqının sosial-iqtisadi, mədəni və elmi-texniki inkişafı, vətəndaşların maarifləndiril-məsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə səciyyələnirdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında bəyan olunan demokratik institutlar, ölkəmizdə dövlət quruculuğu, sosial-iqtisadi və mədəni, elmi-texniki sahələrdə görülən böyük işlər XX əsrin sonunda Azərbaycanda dövlət müstəqilliyinin və xalq suverenliyinin bərpa olunması, eləcə də demokratik institutların yaranması və möhkəmləndirilməsi üçün əsaslı zəmin yaratmış oldu .Bu Konstitusiyaya 400 dən çox düzəliş edilmişdir. Bu düzəlişlərin əksəriyyəti 1988- 1992-ci illərdə edilmişdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası, 1977-ci il keçmiş SSRİ konstitusiyasının demək olar ki, təkrarı idi. 1977-ci il Konstitusiyası çox uzun müddət qüvvədə olmamışdır. Artıq 80-cı illərin II yarısında yenidənqurma yeni Konstitusiyanın qəbulu zərurətini yaratdı. Yeni konstitusiyanın hazırlanması üçün 1989-cu ildə komissiya yaradılsa da, SSRİ-nin dağılması ilə bu dövlətin konstitusiyasına da ehtiyac belə qalmadı.1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanunu, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycanın müstəqilliyinə doğru atılan ilk hüquqi addımlardan idi 1991-ci il 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olundu və dövlət müstəqilliyi əldə edildi. Yeni Konstitusiyanın işlənib hazırlanması və qəbul edilməsi müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və başlıca vəzifələrdən biri olmuşdur.Azərbaycan xalqı yalnız 18 oktyabr 1991- ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ulu öndərin sədrliyi ilə konsti-tusiya layihəsi hazırlanmışdır Belə ki, 2 may 1995-ci ildə Azərbaycan Respubli-kasının Milli Məclisi yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Dövlət komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə “Hə” cavabını verdi.Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.Konstitusiyanın qəbulu Azərbaycanın hüquq sistemində dönüş yaratmışdır. Dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcı qoyulmuş, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açılmış, ölkənin milli hüquq sistemi formalaşmağa başlamış, müxtəlif sahələri tənzimləyən çoxsaylı qanunlar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlki konstitusiyalar sosializm quruluşunun Konstitusiyası İdi və əvvəlki konstitusiyalarda sivil dövlət quruculuğunun, demokratiyanın elementar tələbi olan dövlət hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni Konstitusiyada bu tarixi səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında əvvəllər qüvvədə olan 1978- ci il Konstitusiyasına nisbətdə insan hüquqlarının prinsipial şəkildə yeni konsepsiyasını özündə əks etdirən şəxsiyyətin hüquqi statusunun əsaslan təsbit olunmuşdur. Məlum olduğu kimi, Sovet dövründə insan və vətəndaşlann hüquqlan, azadlıqlan və qanuni maraqlan ümumdövlət maraqlarına nisbətən ikinci dərəcəli hesab olunurdu. Bu hüquqlar, azadlıqlar və maraqlar yalnız sosialist qanunçuluğunun müddəalanna zidd olmadığı təqdirdə məhkəmə qaydasında müdafiə edilə bilərdi. Yeni Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər, onlann qorunmasını isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Həmin Konstitusiyada insan hüquq və azadlıq-larının təminatı, müdafiə mexanizmi ilə bağlı dünyanın demokratik dövlətlərinin təcrübəsində olan bütün müddəalar öz əksini tapmışdır.Azərbaycan Respublikası Konstitusiyası-nın xüsusiyyətlərindən bin onun qəbuluna qədərki dövrədək ölkəmizin məhkəmə sistemi üçün xarakterik olmayan yeni institutun konstitusiya nəzarəti institutunun və bu nəzarəti həyata keçirən orqan kimi Konstitusiya Məhkəməsinin təsis edilməsi olmuşdur.1995-ci il Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən bin onun sosial yönümlü olmasıdır. Konstitusiyanın Preambulasında bütün hər kəsin və cəmiyyətin firəvanlığmın təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ifadə etdiyi əsas niyyətlərindən biri də “ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək”dir.1995-ci il Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı üç dəfə ümumxalq səsverməsi -referendum keçirilib.
- Öncə 24 avqust 2002-ci il tarixində Konstitusiyaya 24 maddədə 29 əlavə və dəyişiklik edildi.
- Bundan sonra 2009-cu il mart ayının 18-də Azərbaycan Konstitusiyasının 29 maddəsinə 40-dan artıq əlavə və dəyişiklik edilmiş oldu.
- 26 sentyabr 2016-cı ildə isə 1995-ci il Konstitusiyasının 23 maddəsinə əlavə və dəyişikliklər edildi və Konstitusiyaya yeni 6 maddə əlavə olundu
Təbii ki, bu dəyişikliklər bir sıra amillərin təsiri altında edilmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bir sıra beynəlxalq təşkilatlara, xüsusilə də Avropa Şurasına üzv olması, Avropa Şurası çərçivəsində qəbul edilmiş beynəlxalq aktları, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını təsdiq etməsi, bununla bağlı müəyyən öhdəliklər götürməsi, həm də cəmiyyətin özünün inkişafı bu dəyişiklikləri zəruri edirdi. Məhz bu dövrdə vətəndaşların Konstitusiya Məhkə-məsinə birbaşa müraciət etmək hüququ tanındı, insan hüquqlarının məzmunu, eləcə də seçki sistemi təkmilləşdirildi, Konstitusiyanın özünə əlavə və dəyişikliklərin edilməsi mexanizmində müəyyən dəyişikliklər edildi Konstitusiya ölkə və cəmiyyət həyatı üçün nə qədər əhəmiyyətli bir sənəd olsa da, qanunauyğun haldır ki, cəmiyyətin, insan təfəkkürünün inkişafı, yeni ictimai-siyasi münasibətlərin yaranması bu sənəddə də islahatların aparılmasını zəruri edir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu cür islahatlann aparılması ictimai, siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikası ilə əlaqəlidir. Azərbaycanın sosial-iqtisadi inkişafı, modernləşmənin geniş vüsəti, demokratik inkişaf sahəsində əldə edilən uğurlar hüquqi müstəvidə də əhəmiyyətli dəyişikliklərin edilməsi zərurətini yaradaraq Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsini tarixi bir zərurətə çevirmişdir. Bu kontekstdə, ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi, yerli demokratiyanın inkişafı ilə bağlı müddəaların Konstitusiyada əks etdirilməsi zərurətini əsas tutaraq, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində Azərbaycan Respublikası vətəndaşları ümumxalq səsverməsi-referendum yolu ilə dövlətimizin Əsas Qanununa mühüm əlavə və dəyişikliklər etdilər Cəmiyyətin durmadan inkişafı, yeni tələbatların yaranması, dünya siyasətinin mahiyyət etibarilə yenilənməsi 26 sentyabr 2016-cı ildə Konstitusiyanın bir daha təkmilləşdirilməsi ilə nəticələndi. Mövzumuzu geniş şəkildə xarakterizə etdikdən sonra “Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi” i haqqında aşağıdakı kimi ümumiləşdirmə apara bilərik:
Uzun müddət dövlət müstəqilliyini itirən Azərbaycan öz Konstitusiyasını qəbul etməkdən məhrum olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdır.Azərbaycanda müasir anlamda konstitusiya qanunvericiliyi sovet hakimiyyəti illərində inkişaf etməyə başlamış və həmin dövrdə sovet Azərbaycanının 4 konstitusiyası (1921, 1927, 1937 və 1978-ci il konstitusiyaları) qəbul olunmuşdur.1991-ci il 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olunmuş və dövlət müstəqilliyi əldə edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr1995-ci il tarixdə, ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində referendum yolu Konstitusiyaya bir sıra mühüm əlavələr və düzəlişlər edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası:- respublika idarəetmə formasını, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu elan etmişdir;- dövlət müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qanunvericilik yolu ilə təsbit etmişdir;- konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirmişdir;- İnsan hüquqları haqqında Ümumi Bəyannamənin əsas müddəalarını, habelə insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi qəbul etmişdir;- Konstitusiyanın qəbulu ölkəmizin ümumbəşəri dəyərlərə qoşulması yolunda mühüm vasitə olmuşdur;- demokratik dövlət quruculuğu üçün xarakterik olan hüquqi təsisatları təsbit etmişdir;- bir sıra mütərəqqi cəhətləri özündə əks etdirmişdir: məsələn, hakimiyyət bölgüsü prinsipinin elan olunması, onun qəbuluna qədərki dövrədək ölkəmizin məhkəmə sistemi üçün xarakterik olmayan yeni institutun konstitusiya nəzarəti institutunun və bu nəzarətin həyata keçirilməsi orqanı kimi Konstitusiya Məhkəməsinin təsis edilməsi, sosial yönümlü olması, normalarının üçdə bir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması, ölüm hökmünü qadağan etməsi, yerli özünüidarə institutunu nəzərdə tutması və s.
Müstəqil Azərbaycanımızın ilk konstitusiyası quruluş baxımından 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir
Birinci bölmə
Əsas müddəalar;
I fəsil. Xalq hakimiyyəti.
II fəsil. Dövlətin əsasları.
İkinci bölmə
Əsas hüquqlar, azadlıqlar və vəzifələr;
III fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları.
IV fəsil. Vətəndaşların əsas vəzifələri.
Üçüncü bölmə
Dövlət hakimiyyəti;
V fəsil. Qanunvericilik hakimiyyəti.
VI fəsil. İcra hakimiyyəti.
VII fəsil. Məhkəmə hakimiyyəti.
VIII fəsil. Naxçıvan Muxtar Respublikası.
Dördüncü bölmə
Yerli Ozünüidarəetmə;
IX fəsil. Bələdiyyələr.
Beşinci bölmə.
Hüquq və qanun;
X fəsil. Qanunvericilik sistemi.
XI fəsil. Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər.
XII fəsil. Azərbaycan Respublikasının konstitusiyasına əlavələr.