Azərbaycan və Türk əsgərləri dünyaya nümunə oldu

IMG_9190Məhərrəmli Aytac Fərhad qızı
YAP Səbail rayon təşkilatının məsləhətçisi

AZƏRBAYCAN VƏ TÜRK ƏSGƏRLƏRİ DÜNYAYA NÜMUNƏ OLDU

Bütün dünyanın diqqəti Əfqanıstana yönəlmiş vəziyyətdədir. Əfqanıstanda həyat artıq tamamilə dayanmışdır. Hər kəsin içində böyük bir Taliban qorxusu var. Amerikalı əsgərlər Əfqanıstandan çıxmağa hazırlaşarkən Taliban da öz sözləri ilə desək “İslam höküməti” qurmağa cəhd edir. Bəs bu milyonlarla əfqanlını necə bir vəziyyətə salacaq? Taliban 1990-cı illərdəki həmin qəddar rejimi geri gətirməyəmi çalışacaq? Hökümət şəhərləri idarə edərkən Taliban artıq kəndlərin böyük bir qisminə hakimlik edir. Taliban özünü yalnız üsyançı bir qrup başçısı olaraq deyil, həmçinin yüksək idarəetmə bacarıqlara sahib bir hökümət başçısı olaraq görür. Lakin Kabildə təziqlər daha da yüksəldi və terror hücumları hər keçən gün daha da artır.

Taliban ölkədə heç bir xarici qüvvələri görmək istəmədiyini hər gün dəfələrlə təkrarlayır. Məhz elə bu səbəbdəndir ki, Kabil Beynəlxalq Hava Limanında hər gün daha böyük çaxnaşma yaşanır. Belə böyük bir çaxnaşmada Azərbaycan və Türk əsgərləri öz vəzifələrini layiqincə və tam vaxtında tamamlamışlar. Bu müddət ərzində əsgərlərimiz əfqan vətəndaşlarına da əlindən gələn yardımları əsirgəməmişdir. Azərbaycan və Türk əsgərləri Əfqanistanda göstərdikləri şücaət və sərgilədikləri bacarıqları ilə NATO-da və beynəlxalq ictimaiyyət arasında sevgi və rəğbət qazanmış, çalışqanlıqları, qəhrəmanlıqları və fədakarlıqları ilə bütün dünyaya nümunə olmuşlar.