“Əsrin Müqaviləsi” – Gələcək əsrlərin inkişaf yolu

IMG_9190Məhərrəmli Aytac Fərhad qızı
YAP Səbail rayon təşkilatının məsləhətçisi

“ƏSRİN MÜQAVİLƏSİ” – GƏLƏCƏK ƏSRLƏRİN İNKİŞAF YOLU

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarını təmin edən əsas amillərdən biri neftdir. Ölkəmizin zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi 20-ci əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə Əsrin müqaviləsinin qarşıdakı inkişaf yolunun nəhəng işlərin başlanğıc yolu olduğunu demişdir. 1994-cü il 20 sentyabr tarixində Əsrin müqaviləsinin imzalanması Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcıdır. Zaman göstərdi ki, bu həm də gələcək əsrlərə hesablanmış sazişdir. Bu günlərdə Azəri-Çıraq-Günəşlinin birgə işləməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması deyilənlərin əyani təsdiqidir.

Prezident İlham Əliyev 2017-ci il 14 sentyabr tarixində yeni müqavilənin imzalanması mərasimində bunları bir daha vurğulayaraq bildirmişdir ki, 23 ildən sonra Ulu Öndərin adını daşıyan, bu möhtəşəm dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan “Heydər Əliyev” mərkəzində  imzalanma mərasimi keçirilir. Yenə də Azəri-Çıraq-Günəşli üzrə. Bu eyni zamanda onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. 1994-cü ildə “Azəri-Çıraq-Günəşli”nin tam miqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdır.

Xəzərin ölkəmizə məxsus sahəsində sahildən təxminən 120 km şərqdə yerləşən Azəri-Çıraq-Günəşli yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. Çıraqdan artıq 20 ildir neft hasil olunur. İndiyə qədər bu yataqdan 440 milyon ton neft çıxarılmışdır. Müqavilə imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.

Qeyd etmək lazımdır ki, Ümummilli Liderimiz Heydər Əliyev Əsrin müqaviləsinin ən çətin və mürəkkəb şəraitdə imzalanmasına nail olmuşdur. Heydər Əliyevin də qeyd etdiyi kimi “Əsrin müqaviləsi ilə qoyduğumuz  təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl şərait yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üşün ən xoşbəxt dövr olacaqdır.”