Səbail rayonunda 27 sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub
27.09.2021Sentyabrın 27-də Anım Günü ilə bağlı Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİH başçısı Vuqar Zeynalov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirəsinə quraşdırılan abidə lövhəsi, daha sonra Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.