Səbail rayonunda 27 sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib

Anım Günü ilə bağlı sentyabrın 27-də YAP Səbail rayon təşkilatının  üzvləri  Səbail rayonu Şəhid ailələrini evlərində ziyarət etdilər.

Ziyarətdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon partiya təşkilatının fəalları iştirak etdilər.

Ziyarət çərçivəsində Şəhid Vüsal Həsənov və Şəhid Vüsal Teymurovun ailə üzvləri ilə görüş keçirildi, ailələrin gündəlik qayğıları ilə maraqlanıldı.

Şəhid ailələri üzvləri dövlətin, ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daima öz üzərlərində hiss etdiklərini bildirərək razılıqlarını ifadə etdilər və “Vətən sağ olsun!” deyərək qəhrəman övladları ilə qürur duyduqlarını bir daha vurğuladılar.

Allah bütün Şəhidlərimizin ruhunu şad etsin! Amin!