YAP Səbail rayon təşkilatı şəhid ailələrinin evində olub.
05.10.2021YAP Səbail rayon təşkilatının nümayəndələri 44 günlük Vətən müharibəsində şəhid olan Nağıyev Əli Mehman oğlu və Qənbərov Bilal Xanlar oğlunun Səbail rayonunda yaşayan ailəsi ilə görüş keçirib.
Görüşdə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları iştirak edib.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirdilər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına (YAP) təşəkkür etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!