YAP Səbail rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olan iki şəhidin ailəsinə baş çəkib.
08.10.2021YAP Səbail rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olan iki şəhidin ailəsinə baş çəkib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidləri Tağıyev Əli Aydın oğlu və Hüseynov İsmayıl Şahvələd oğlunun Səbail rayonunda yaşayan ailə üzvləri ilə görüş keçirib.
Qəhrəman şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətiriblər. Onlar, Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildiriblər.