YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
12.10.2021YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğlunun məzarını ziyarət edib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şükürlü Nicat Ayaz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Şükürlü Nicat 2020-ci il oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Şəhid Nicat Şükürlünün ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.