YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Tağıyev Əli Aydın oğlunun ildönümündə iştirak edib.
13.10.2021YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tağıyev Əli Aydın oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Tağıyev 2020-ci il oktyabrın 13-də Xocavənd rayonu, Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdi
Şəhid Əli Tağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.