“Azərbaycanın tarixi zəfərini qəbul etməyən dairələr var.”
15.10.2021Aysel Nəsibova
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi.
“Azərbaycanın tarixi zəfərini qəbul etməyən dairələr var.”
İstər regional, istərsə də qlobal müstəvidə Azərbaycanın əldə etdiyi tarixi zəfəri və Azərbaycanın güclənməsini qəbul etməyən dairələr var. Onlar bəzən koordinasiyalı şəkildə, bəzənsə lokal formada ölkəmizə qarşı informasiya müharibəsini davam etdirirlər.
Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə ölkəmizin müstəqillik prinsiplərinin xüsusi əhəmiyyətinə vurğu edilərək bu müstəqilliyə hörmətin zəruri olduğu ifadə edildi. Bu fikirlə bir daha qonşulara və bütün dünyaya ismarıc verildi ki, regionumuzda artıq heç nə əvvəlki kimi olamyacaq. İndi Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlara və qlobal aktorlara müraciət edən ölkə yox, bu çətin və mürəkkəb problemi həll edərək beynəlxalq münasibətlər sistemində bir tarixi ilkə imza atan ölkədir və bunu hamı qəbul etməlidir.
Hazırda qarşımızda duran milli vəzifə “Böyük qayıdışı” təmin etməkdir ki, bu istiqamətdə qısa müddətdə çox böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə enerji, su və nəqliyyat kommunikasiyaları demək olar ki, həll edilib. Cəmi 8 aya Füzuli beynəlxalq aeroportu inşa edilib. Şəhər və kəndlərimizin inşası üçün işçi palnlar hazırlanıb və bu prosesdə başda qardaş Türkiyə olmaqla, İtaliya şirkətləri də yaxından iştirak edir. Bu uğurlar düçmənlərimizi və onların havadarlarını narahat edir və onlar Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırırlar.
Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “Pandora sənədləri” barədə sualına cavab olaraq bildirib ki, ““Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər.
Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.