Məmmədli Cəmil Habil oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi.

Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Cəmil Habil oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Şəhid Cəmil Məmmədlinin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.