“Ermənistanın cinayətləri cavabsız qalmayacaq.”

FF36808D-6853-4107-A988-4FA8CF4F9EF8Fariz Quliyev

YAP Səbail rayon təşkilatının fəal üzvü.

“Ermənistanın cinayətləri cavabsız qalmayacaq.”

Prezident İlham Əliyev oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Ermənistanın cinayətlərini ifşa edən konkret faktlar səsləndirmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu. Onlar işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Prezident İlham Əliyev iclasındakı çıxışında bildirib ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb, bununla da təbiətə də böyük ziyan vurulub.
İşğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət acınacaqlı olub. 30 ilə yaxın dövr ərzində qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib. Bundan başqa, Azərbaycan və Ermənistan arasında yerləşən Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçay davamlı olaraq çirkləndirilir. İşğal dövründə Sərsəng su anbarına texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 40 000 nəfər əhali üçün potensial təhlükə mənbəyi olub.
30 ilə yaxın müddətdə Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunub. Azərbaycanın İranla nəzarətsiz qalmış130 kilometrlik dövlət sərhədinin bərpa ediməsi ilə İrandan Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub. Faktlarla təsdiq edilib ki, bu müddət ərzində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.
İşğalçı Ermənistanın insanlığa qarşı cinayətkar əməlləri cavabsız qalmayacaq. İnsanlığın üz qarası olan ermənilər bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Ermənistana qarşı təzminat davası açılacaq. Ermənistan 30 illik işğal dövründə törətdiyi bütün cinayət əməllərinə, dağıntı və talana görə də ədalət mühakiməsi qarşısında cavab verəcək, tezliklə haqq-ədalət öz yerini tutacaq. Artıq bu istiqamətdə zəruri addımlar atılır. Əsas məqsəd odur ki, Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alsın və təcavüzkar ölkə ədalətli mühakimə olunsun.