“Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı.”

WhatsApp Image 2021-10-14 at 16.24.58Lamiyyə Hacızadə

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi.

“Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı.”

Azərbaycan  44  günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan  132 km-lik sərhədini bərpa etdi,  beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı.  Torpaqlarımızın işğal altında olduğu  30  ilə yaxın vaxt ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının  ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edirdi.

Azərbaycan öz ərazilərinin  20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və Sərhədçilərin  hüquq-mühafizə  orqanları  əməkdaşları  ilə  birgə  saxladıqları heroinin həcminin  2  dəfə artması bu məsələni sübut edib.  Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar.  Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi.

30  il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb.  Təbii ki,  narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır.  Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb.  Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar.  Nəinki,  Azərbaycanda,  həm də dünyanın müxtəlif yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu.  Cənab Prezident  MDB  Dövlət Başçıları Şurasının video formatda keçirilən konfransında qeyd  edilən məsələlərə aydınlıq gətirdi və erməni işğalının mahiyyət və məqsədlərini auditoriyanın diqqətinə bir daha çatdırdı.

Keçən il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha  sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.

2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.