YAP Səbail rayon təşkilatı “Əhməd Cavad küçəsi 19” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Oktyabrın 21-də YAP Səbail rayon təşkilatı “Əhməd Cavad küçəsi 19” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri Ağayev Hafiz hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Əfəndi İbrahimli hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətdən danışan Ə.İbrahimli bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülüb. Ə.İbrahimli yeni seçilmiş  sədr və müavini təbrik edərək, M.Cavadzade adına Respublika Kliniki Uroloji Xəstəxanasının heyətinə işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

WhatsApp Image 2021-10-21 at 16.14.40