YAP Səbail rayon təşkilatı “Xəqani küçəsi 65” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Oktyabrın 19-da YAP Səbail rayon təşkilatı “Xəqani küçəsi 65” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi   partiya təşkilatının sədri Qəribli Sevil hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının Baş-Məsləhətçisi Nicat Hüseynov hesabat məruzəsini və  ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan N.Hüseynov bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, təhsil ocaqlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. N.Hüseynov yeni seçilmiş  sədr və müavini təbrik edərək, Səbail rayon MKTB heyətinə işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.