YAP Səbail rayon təşkilatı “Mikayıl Useynov 30” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Oktyabrn 21-də YAP Səbail rayon təşkilatı “Mikayıl Useynov 30” ərazi  partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri  Bəhramov Kamil hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

 Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının məsləhətçisi Fuad Heydərli hesabat məruzəsininin və ərazi partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu dilə gətirib.

Onun sözlərinə görə, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan postsovet məkanının işğal tarixini yenidən yazdı:

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı biabırçı şəkildə məğlub etdi. Nəhayət ki, 30 ildən sonra amansız işğala son qoyuldu. Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, Ermənistan ordusu isə geri çəkilirdi. 44 günün hər günü yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan xalqı və rəşadətli ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müasir tariximizin ən şanlı səhifəsini yazdı. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi”.

 Təşkilatın məsləhətçisi yeni seçilmiş sədr və müavini təbrik edərək, Beynalxalq Muğam Mərkəzinin  işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağıraraq bu işdə bir olmağı tövsiyə edib. O həm də, YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhtəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat verərək çıxışını tamamlayıb.