YAP Səbail rayon təşkilatı “Neftçilər prospekti 29”, “Üzeyir Hacıbəyov küçəsi 16” , “Qurban Abbasov küçəsi 29” ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib.

Oktyabrın 22-də YAP Səbail rayon təşkilatı Neftçilər prospekti 29, “Üzeyir Hacıbəyov küçəsi 16” , “Qurban Abbasov küçəsi 29” ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi   partiya təşkilat sədrləri hesabat məruzələri ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirildi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatları qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Nicat Hüseynov hesabat məruzəsini və  ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan N.Hüseynov bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, təhsil ocaqlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. N.Hüseynov yeni seçilmiş  sədr və müavinləri təbrik edərək, təşkilatların heyətinə işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.