YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Nağıyev Əli Mehman oğlunun ildönümündə iştirak edib.
22.10.2021YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Nağıyev Əli Mehman oğlunun ildönümündə iştirak edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.