“İyirmi yeddi illik həsrətə son: Zəngilan azaddır.”

WhatsApp Image 2021-10-20 at 12.10.23

Aysel Heydərli 

YAP Səbail rayon təşkilatının fəal üzvü

“İyirmi yeddi illik həsrətə son: Zəngilan azaddır.”

Ötən ilin 27 sentyabrından başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi.  Nəhayət, 2020-ci ilin oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edərək Zəngilanın azad edildiyini bəyan etdi.

Qələbədən sonra Zəngilan rayonuna 3 dəfə səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş məcburi köçkünlər yerləşəcək.

Zəngilanın cənnət olması üçün bu ilin aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymuşdu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.

Zəngilanın Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşası, turizm infrastrukturunun formalaşdırılması əzərdə tutulub. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin ediləcəkdir

Prezident İlham Əliyev Zəngilana səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını demişdi. Layihəyə əsasən orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcəkdir.

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Eyni zamanda, “ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu unikal sistemdir. Bütövlükdə, Qarabağ bölgəsində həyata keçirilən yeni layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Bu gün fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.