Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Səbail gəncləri ilə görüş keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Səbail gəncləri ilə görüş keçirib.

Görüşün əsas məqsədi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində Ümumrespublika “Xəmsə” Festivalının Gəncə şəhərində keçirilən yarışlarla bağlı olub. Sədr qalib olan gənclərə uğurlar arzu edərək onlara mükafatlar təqdim edib. Çıxış edən Muxtar Nağıyev Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət-qayğısından, 44 günlük müharibədən və ölkədə təhsilin və gəncliyin inkişafından danışıb.

Tədbirdə YAP Səbail rayon təşkilatının üzvü Hacan Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitasinin müavini Səyad Salahlı,İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov, İqtisad Universitetinin müəllimi Təranə Kərimova və Səbail rayon Veteranlar idarəsinin sədri İlham Əliyev çıxış edib.

Xatırladaq ki, Ümumrespublika “Xəmsə” Festivalının 9 regional turunda finala vəsiqə qazanan 16 komanda Gəncə Şəhər Heydər Əliyev Mərkəzində final mərhələsi üzrə qrup və yarımfinal oyunlarında birincilik uğrunda mübarizə aparıb. Final oyununun nəticələrinə əsasən Səbail komandası 1-ci, Gəncə komandası 2-ci və Ucar komandası 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdən biri də YAP Gənclər Birliyi tərəfindən təşkil edilən Ümumrespublika “Xəmsə” Festivalıdır. Layihə Azərbaycanda ilk dəfə açıq havada keçirilən intellektual festivaldır. Festivalda, ümumilikdə, 84 şəhər və rayondan 420 gənc iştirak edib. Komandaların tərkibi Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılıb.