YAP Səbail rayon təşkilatı “Bülbül prospekti 16”, “Bülbül prospekti 12” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Oktyabrın 25-də YAP Səbail rayon təşkilatı “Bülbül prospekti 16”, Bülbül prospekti 12 ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi   partiya təşkilat sədrləri hesabat məruzələri ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirildi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatları qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Əfəndi İbrahimli hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətdən danışan Ə.İbrahimli bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülüb. Ə.İbrahimli yeni seçilmiş  sədr və müavinləri təbrik edərək, təşkilatların heyətinə işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.